Milli komanda

Kamran Ağayev : “Bura qələbə üçün gəlmişik”

“Avro-2016″nın seçmə mərhələsində bu axşam Xorvatiya  ilə qarşılaşacaq olan millimizin qapıçısı  Kamran Ağayev oyun barəsində danışıb.

İdmanxeber.com-un məlumatına görə, Ağayev bu fikirləri səsləndirib:

“Buraya qələbə üçün gəlmişik. Amma çətin qarşılaşma olacaq. Çünki 4 gün ərzində 2 oyun keçirmək asan deyil. Lazımi qədər məşq etməyə vaxt qalmır. Bununla belə, nəticədən asılı olmayaraq,

əlimizdən gələni edəcəyik.”

Qeyd edək ki, bu gün Osiek şəhərində keçiriləcək Xorvatiya – Azərbaycan oyunu Bakı vaxt ilə saat 23:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43