06 Fevral 2025
Kateqoriyasız

Kamran Ağayev inamlı çıxış etdi, komandası derbidə qələbə qazandı (VİDEO)

Türkiyə PTT 1-ci liqasında 11-ci turun oyunları keçirilir.

İdmanxeber.com-un məlumatına görə, millimizin qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu “Karşıyaka” öz meydanında “Göztəpə” ilə qarşılaşıb. İzmir derbisində oyunun taleyini 1 qoll həll edib. Engin Baytar qarşılaşmanın 89-cu dəqiqəsində komandasına 3 xalı qazandıran qola imza atıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43