Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev karyerasını Türkiyənin “Karşıyaka” klubunda davam etdirə bilər.
İdmanxeber.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, təcrübəli qolkiperin “Karşıyaka”ya keçmə ehtimalı olduqca yüksəkdi. Məsələ burasındadı ki, sözügedən komandanın qapıçı problemi var. Hətta “yaşıl-qırmızılar” “Gənclərbirliyi”nin qpaıçısı Ersin Aydını da Kamran Ağayevlə birgə transfer etmək niyyətindədilər.
Qeyd edək ki, Mahir Şükürov ötən mövsüm “Karşıyaka”da forma geyinib.