Milli komanda

Kamran Ağayev Portuqaliya klubuna necə keçdi? (AÇIQLAMA)

AFFA-nın baş katibi Elxan Məmmədov Kamran Ağayevin “Boavişta”ya necə transfer olmasından dnaışıb.

İdmanxeber.com-un məlumatına görə, o, bildirib ki, Kamranın Portuqaliya klubuna keçidində AFFA-nın da köməyi olub:

“Həmin müddət Kamran Ağayevin heç bir klubla müqaviləsi yox idi. Bizim də “Boavişta” klubunun rəhbərliyi ilə münasibətlərimiz yaxşıdı. Kamran Ağayevin millimiz üçün vacib bir futbolçu olduğunu nəzərə alıb birbaşa əlaqəyə keçdik. Kamranın “Boavişta”ya keçidində bizim də rolumuz oldu. Kamran istedadlı qapıçıdı”.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43