19 Fevral 2025
Kateqoriyasız

Kamran Ağayev tibbi müayinədən keçdi: qapıçı hansı müddətə yaşıl meydanlara dönəcək?

Hollandiya toplanışında zədə alan və azı 2 ay yaşıl meydanlardan kənar qalacağə bildirilən Kamran Ağayevin son durumuna aydınlıq gəlib.

İdmanxeber.com-un məlumatına görə, Azərbaycan milli komandasının da şərəfini qoruyan Ağayev 10 gün yaşıl meydanlardan kənar qalacaq.

Onun “İnter”lə Premyer Liqanın ilk turundakı matçı da kənardan izləyəcəyi bildirilir.

Qeyd edək ki, Ağayevin diz bağlarında problem var idi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43