İdman

Kamran Ağayev üçün darıxdırıcı oyun

Kamran Ağayev Portuqaliya çempionatında növbəti oyununa çıxıb.

İdmanxeber.com-un məlumatına görə, Ağayevin şərəfini qoruduğu “Boavişta” öz meydanında “Eştoril”lə qarşılaşıb. 90 dəqiqə boyunca qapılara qol vurulmayıb.

Millimizin qapıçısı bu görüşdə də start heyətində meydana çıxıb və demək olar ki, oyun ərzində elə də çox işi olmayıb. Belə ki, qonaqlar Porto təmsilçisinin qapısı ağızında bir dəfə də olsun real qol şansı yarada bilməyiblər.

Qeyd edək ki, bununlada Ağayevin komandası xal hesabını 10-a yüksəldib.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43