Premyer Liqanın XIV turu çərçivəsində "Xəzər Lənkəran" "Bakı"ya böyük hesabla məğlub olub.
İdmanxeber.com-un məlumatına görə, bir müddətdir ki, zədəli olan Kamran Ağayev bu oyunda da sabiq klubuna qarşı çıxış edə bilməyib. Lakin o, komanda yoldaşlarına dəstək olmaq üçün stadiona gəlib və qələbədən sonra oyunçuları bir-bir təbrik edib.