Azərbaycan milli komandasının və “Bakı”nın qapıçısı Kamran Ağayev uzun müddət futbol meydanlarından kənar qala bilər.
Buna səbəb qapıçı menisk zədəsi alıb.
Bu gün Türkiyəyə yollanmalı olan Ağayevlə bağlı son qərarı yerli həkimlər verəcək. Sabahkı müayinədən sonra həkimlər Ağayevin hansı müddətə sıradan çıxdığı haqda məlumat verəcəklər.