Kateqoriyasız

Kamran Ağayevin atası koronavirusdan vəfat etdi

“Səbail” klubunda çıxış edən Azərbaycan millisinin sabiq qapıçısı Kamran Ağayevin atası Adilxan Ağayev vəfat edib.

Bu barədə “Səbail”in baş məşqçisi Aftandil Hacıyev məlumat verib. O, Adilxan Ağayevin 72 yaşında koronavirusdan vəfat etdiyini bildirib.

Adilxan Ağayev əvvəllər Şabranın “Bərəkət” futbol komandasının baş məşqçisi olub. (Report)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43