Kamran Ağayev Premyer Liqanın XXII turu çərçivəsində baş tutacaq "Kəpəz"lə matçda "İnter" forması ilə ilk oyununa çıxa bilər.
İdmanxeber.com-un məlumatına görə, "Qəbələ"nin heyətində çıxış edərkən alldığı 3 matçlıq cəza səbəbindən "İnter"də debüt oyununa çıxa bilməyən Kamran Ağayevin bu qarşılaşmada baş məşqçinin şans verəcəyi təqdirdə meydanda olacağı gözlənilir.
Qeyd edək ki, "İnter" – "Kəpəz" matçı fevralın 19-u saat 15:00-da start götürəcək.