Millimizin qapıçısı Kamran Ağayev şərəfini qoruduğu “Karşıyaka”dan ayrıla bilər.
İdmanxeber.com-un məlumatına görə, buna səbəb İzmir klubundakı maliyyə böhranıdı. 3 aydır ki, komandanın üzvləri maaşlarını ala bilmirlər.
Bu səbəbədən heyətdəki əcnəbilər komandanı tərk edəcəklər. Bu futbolçuların Kamran Ağayev, İqor Duriç (Serbiya), Aleksandr Amisulaşvili (Gürcüstan), Seniyad İbriçiç (Bosniya və Herseqovina) və Djibi Fall (Seneqal) olduğu deyilir.
Türkiyə mətbuatına inansaq əgər maaşlar dekabrın 1-dək ödənilməsə bu futbolçular komandanı tərk edəcəklər.
Qeyd edək ki, “Karşıyaka” PTT 1-ci liqasında 12 turdan sonra 12 xalla 15-ci pillədə qərarlaşıb.