27 Sentyabr 2024
Dünya futbolu

Kanallar Klopp üçün yarışır

Televiziya kanalları Yurgen Klopp üçün mübarizə aparır.

İdmanxeber.az-ın məlumatına görə, ITV və BBC kanalları yayda keçiriləcək Avropa Çempionatı zamanı almaniyalı mütəxəssislə çalışmaq istəyir. Klopp bu təklifi qəbul edərək, ölkəsində keçirilən çempionat zamanı oyunları ekspert kimi şərh edəcək.

Xatırladaq ki, hazırda “Liverpul”un baş məşqçisi olan almaniyalı mütəxəssis mövsümün sonunda Mersisayd klubundan ayrılacağını açıqlamışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43