Kateqoriyasız

Kane “Neftçi”yə dönməyəcək?

“Neftçi”də icarə əsasında çıxış edən Mamadu Kane Afrika Millətlər Kubokundakı çıxışından sonra böyük ehtimalla “Olimpiakos”a qayıdacaq.

İdmanxeber.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, yunanlar icarə müddətinin başa çatmasını gözləməyəcək və 25 yaşlı futbolçunu vaxtından əvvəl düşərgəsinə dəvət edəcək.

Amma “Olimpiakos” onu dərhal Yunanıstanın başqa kluba icarəyə verəcək. Ki, futbolçu Pirey klubunun məşqçilər korpusunun gözü önündə olsun.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43