Dünya futbolu

Kapello: “Rusiya millisindən sonra futbolla vidalaşacağam”

Rusiya millisinin baş məşqçisi Fabio Kapello gələcək karyerası haqda danışıb.

Italiyalı mütəxəssis Rusiya millisinin onun sonuncu iş yeri olacağını bildirib:

“Gələcəkdə İtaliya millisini çalışdırmaq niyyətində deyiləm. Hələ ki, Çezare Prandellinin yığmada işləri yolunda gedir. Onun istefası haqda düşünmürəm. Çünki Rusiya millisindən sonra futbolla vidalaşacağam”.

Qeyd edək ki, baş məşqçi kimi karyerasında 607 matça çıxan Kapello bunların 345-də meydanı qələbə qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43