Dünyadan

Kapello Şimali İrlandiya ilə oyundan danışdı

Rusiya yığmasının baş məşqçisi Fabio Kapello “DÇ-2014″ün seçmə mərhələsi çərçivəsində məğlub olduqları Şimali İrlandiya ilə oyunla bağlı fikirlərini bölüşüb. İtaliyalı mütəxəssis oyundan sonra bunları bildirib:

“Meydanda bizdən daha sürətli oynayan bir rəqib var idi. Biz onlar kimi sürətli oynaya bilmədik. Üstəlik rəqib müdafiəçilər hücumlarımızın qarşısını ustalıqla alırdılar. Çox asta oynadıq və rəqibə aqressiv davranmağa imkan verdik. Lakin bundan sonrakı matçlarda belə oynaya bilərik”.

Qeyd edək ki, Rusiya millisi Belfastda Şimali İrlandiyaya 0:1 hesabı ilə məğlub olub.  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43