08 Dekabr 2022
Kateqoriyasız

Kapitan 185 gündən sonra qayıtdı

“Qəbələ”nin iki futbolçusu hazırlıq prosesində iştirak etmir.

İdmanxeber.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Rüfət Əhmədov əməliyyat sonrası reabilitasiya dövrü keçir.

Proqram üzrə bərpa prosesini başa vuracaq Yaovi Akakpo bu həftə məşqlərə start verəcək.

​Ürfan Abbasov isə bərpa prosesini başa vurduqdan sonra ilk oyununu keçirib. Təcrübəli müdafiəçi Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Araz Naxçıvan”la görüşünün (5:0) 75-ci dəqiqəsində oyuna daxil olub. 185 gündən sonra rəsmi matçda meydana çıxan Abbasov cari mövsümdə ilk dəfə şans qazanıb. O, bunadək sonuncu dəfə ötən mövsüm Premyer Liqanın 28-ci turunun “Sabah”la ev qarşılaşmasında (1:1) forma geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

Daha 21 şəhidimiz var – SİYAHI

admin

Paytaxt klubu qərar verməkdə tələsmir

admin

“Zirə” şəhidlərimizin məzarını ziyarət etdi

admin