Kateqoriyasız

Kapitan millimizlə oyunu buraxacaq

Qətər milli komandası Azərbaycanla oyun öncəsi ciddi itki ilə üzləşib.

Ərəblərin kapitanı Hasan Al-Haydos zədələndiyi üçün həm Azərbaycan, həm də noyabrın 11-də Serbiyaya qarşı keçiriləcək matçı buraxmalı olacaq.

​Azərbaycan – Qətər matçı noyabrın 14-də saat 21:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43