19 Sentyabr 2024
Ölkə futbolu

Kapitan “Neftçi” ilə bağlı yekun qərarını verdi

“Neftçi” aparıcı futbolçusu Emin Mahmudovla yola davam edecək.

İdmanxeber.az-a daxil olan məlumata görə, “ağ-qaralar”ın kapitanı komandanı tərk etmək niyyətində deyil. Klubdakı islahat dalğası Mahmudovun “Neftçi”də qalmasını şərtləndirib.

Təcrübəli yarımmüdafiəçi başa çatan mövsümün ikinci yarısında az oynamaq şansı qazansa da, hazırkı durumda klubunu dəyişməmək qərarına gəlib.

Qeyd edək ki, Emin Mahmudovun xidmətlərində “Sabah” maraqlı idi. Onun adı məhz bu klubla daha çox hallanırdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43