Azərbaycan Karate Federasiyasının idarə heyətinin növbəti iclası keçirilib.
İdmanxeber.az məlumat verir ki, iclasda 2024-cü ilin vahid təqvim planında keçirilməsi nəzərdə tutulan yarışların təşkili, struktur qurumların-federasiyaların fəaliyyətinin yüksəldilməsi, vahid diplom, sertifikat layihələrinin təsdiqi, dan kəmər, dərəcə imtahanlarının tələb olunan qaydalarda keçirilməsi, məşqçi-müəllim heyətinin sertifikatlaşdırılmasının davam etdirilməsi və digər məsələlər müzakirə olunub.
Aparılan fikir mübadiləsi nəticəsində müvafiq qərarlar qəbul edilib.