Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Partizan”la keçiriləcək cavab matçı öncəsi təşkil olunmuş mətbuat konfransında “Neftçi” klubunun futbolçusu Karlos Kardoso jurnalistlərin suallarını cavablandırıb.
İdmanxeber.com-un məlumatına görə, futboolçu matç haqqında bu fkirləri bildirib:
“Çox vacib oyuna çıxırıq. Sabahkı oyun tək klub üçün yox, futbolçular üçün də böyük əhəmiyyət kəsb edir. Hələ ki, Avrop Liqasının qrup mərhələsində oynamamışam. Ona görə də sabahkı oyuna böyük həvəsim var. Əsas odur ki, oyuna düzgün konsentraiya olaq. Çalışmalyıq ki, səfərdəki səhvləri təkrarlamayaq”