Azərbaycan I liqasında çıxış edən “Karvan” klubu 5 futbolçu ilə müqavilə bağlayıb.
İdmanxeber.az-ın məlumatına görə, bölgə təmsilçisi Müşfiq Teymurov, İzzət Müştaqov, Əli Abdullayev, Elvin İsmayılov və Məmməd Muradovla sözləşmə uzadıb.
Klub futbolçuların təqdimatında komandanın fiziki məhdudiyyətli azarkeşi Əzizov Anara da yer ver.
Komanda üzvləri 20 illik “Karvan”a tərəfdarlıq edən azarkeşlə bir araya gəlib və ona forma hədiyyə ediblər.