Bir vaxtlar “Karvan”, “Simurq”, AZAL kimi klublarda top qovmuş futbolçu Samir Abdulov karyerasını bundan sonra da I divizionda davam etdirəcək.
İdmanxeber.com-un məlumatına görə o, “Şuşa” klubu ilə anlaşıb. Son olaraq “Neftçala”da çıxış etmiş futbolçu qarşıdakı 6 ayı Şuşa təmsilçisində keçirəcək. Bu barədə Abdulovun özün saytımıza məlumat verib.