Ötən gecə “Real” və “Atletiko” arasında Madrid derbisi oynanılıb.
İdmanxeber.az-ın məlumatına görə, tərəflər bərabərliyə razılaşıb – 1:1. Görüş Dani Carvaxal üçün əlamətdar olub.
31 yaşlı müdafiəçi “Real” formasıyla 400-cü oyununa çıxıb. Carvaxal “kral klubu”nda bunu bacaran 26-cı futbolçu olub.