18 Oktyabr 2024
Dünya futbolu

“Karyeramı “Mançester Yunayted”də bitirməyi düşünürdüm” – Rafael Varan

Zədədən sonra karyerasını başa vuran Fransa millisinin sabiq müdafiəçisi Rafael Varan “Mançester Yunayted”də qalmaq istədiyini etiraf edib.

İdmanxeber.az-ın məlumatına görə, mövsümün əvvəlində İtaliyanın “Komo” klubuna keçən fransalı müdafiəçi futbolla vidalaşıb. O, karyerasını “qırmızı şeytanlar”da bitirmək istədiyini açıqlayıb:

“Mançester Yunayteddəki son mövsümün əvvəlində artıq özümə dedim ki, macəramı bir az da uzatmaq istəyirəm. Karyeramı buradan bitirməyi düşünürdüm. Təəssüf ki, bu, baş vermədi. Mən xüsusi bir şey axtarırdım və “Komo”nu seçdim. “Mançester Yunayted”lə İngiltərə Kubokunu qazandım, amma klubun layihəsinin mənə uyğun olmadığını artıq bilirdim”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43