“Liverpul” “Çelsi”ni məğlub edərək 10-cu dəfə İngiltərə Liqa Kuboku qazanıb.
İdmanxeber.az-ın məlumatına görə, Yürgen Klopp “Liverpul”la 8-ci kubokunu qazanıb. Almaniyalı mütəxəssis bu kubokun çox özəl olduğunu düşünür:
“Bu mənim 20 illik karyeramda qazandığım ən xüsusi kubok idi”.
Klopp həmçinin Kelleher və Endo barədə bunları deyib:
“Kelleher super idi. Bizdə həm dünyanın ən yaxşı qapıçısı, həm də dünyanın ən yaxşı ikinci qapıçısı var”.
“Aman Allahım, Vataru Endo necə möhtəşəm oyunçudur”.