“Real”ın sabiq qapıçısı İker Kasilyas Madrid klubunun qapıçılarla işini yüksək qiymətləndirib.
İdmanxeber.az-ın məlumatına görə, keçmiş futbolçu bu barədə açıqlama verib:
“Lunin üçün asan olmadı, çünki o, dünyanın ən yaxşı qapıçısını əvəz edirdi. Düşünürəm ki, vəzifəsinin öhdəsindən gəldi. Bu, məşqçilər korpusunun gözəl işidir. Tibo tezliklə yüksək formada olacaq. Klub bu vəziyyətdən ancaq faydalandı”.
Andrey Lunin və Tibo Kurtua “Real”in ilk qapıçısının yeri uğrunda mübarizə aparır. Komanda ötən mövsüm La Liqa və Çempionlar Liqasının qalibi olub.