Ölkə futbolu

“Kasımpaşa”nın aparıcı üzvü: “Azərbaycanda çıxış edə bilərəm”

“Gözəl bir yoxlama oyunu oldu. Gördüymüz qədər “İnter” yaxşı bir təlim-məşq toplantısı keçirir. Adir bir yoxlama oyunu idi. Qarşılıqlı gözəl qollar oldu. Belə oyunlarda komandanın hansı mövqedə problemləri olduğunu görmək imkanı olur. Sadə səhvlərdən qol buraxdıq. “İnter”ə Azərbaycan çempionatında uğurlar arzu edirəm”.

Bu sözləri İdmanxeber.com-a “Kasıpmaşa”nın futbolçusu Sancak Kaplan deyib.

2009-cu ildən “Kasımpaşa” forması geyinən Sancak klublarımızdan təklif alacağı halda geri çevirməyəcəyini də bildirib: “Belə bir şey hələ ki, olmayıb. Çünki klubumun uğurları üçün tər tökürəm. Əgər təklif olarsa Azərbaycanın hər hansı bir klubunda çıxış edə bilərəm”.

Səxavət Qurbanov, Antalya


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43