03 Dekabr 2024
Dünyadan

Kataloniyada aləm bir-birinə dəydi: Neymarın transfer sənədləri məhkəməyə göndərildi

İspaniya məhkəməsi “Barselona”nın “Santos”dan transfer etdiyi Neymarın transfer sənədlərini katalonlardan tələb edib.

Buna səbəb braziliyalı ulduz futbolçunun transferində 40 milyon avronun mənimsənilməsidi. Belə ki, bir müddət öncə “Barselona”nın prezidenti Sandro Rosellin istintaq işi başlayıb və o, sözügedən məsələdə günahlandırılır.

“Marca”nın verdiyi xəbərə görə, Kataloniya təmsilçisi həmçinin 2011-ci ildən bu günə qədər olan maliyyə hesabatını da məhkəmənin ixtiyarına verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43