29 Sentyabr 2024
Dünya futbolu

Kataloniyada “Barselona”ya su qadağası

“Barselona” və “Jirona”nın futbolçularına suya qənaət məqsədilə stadionda və klubun bazasında duşdan istifadə etmək qadağan edilib.

İdmanxeber.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, bu qərar Kataloniya hökumətinin regionda güclü quraqlıq səbəbindən tətbiq etdiyi məhdudiyyətlərlə bağlıdır. 

Artıq “Barselona” və “Jirona”nın futbolçuları yalnız öz evlərində duş qəbul edə biləcək. Kataloniyadakı quraqlığın son 100 ilin ən güclüsü olduğu bildirilir.

16 turdan sonra 41 xal toplayan “Jirona” turnir cədvəlinə başçılıq edir. “Barselona” 34 xalla dördüncü pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43