Topaz Premyer Liqasının 16-cı turunda “İnter” doğma meydanda “Xəzər Lənkəran”ı qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən oyunda qapılara qol vurulmayıb – 0:0.
“Bankirlər”in baş məşqçisi Kaxaber Sxadadze matç haqda bunları deyib:
“Ağır oyun oldu, çoxlu mübarizə var idi. Fikrimcə, nəticə ədaləti idi.”.