“Çox ağır və gərgin oyun oldu. Oyunun məzmunundan narazı qaldın. Bu oyunda mütləq qələbə qazamalıydıq. Lakin göstərdiyimiz oyuna görə qələbəyə layiq deyildik".
Bu sözləri "İnter"in baş məşqçisi Kaxaber Sxadadze deyib. Sxadadze rəqib komandanın məşqçisinin fikrinə münasibət bildirmək istəmədiyini bildirib:
"Bəzi oyunçulara iradım var. Qarşıda çətin səfər oyunumuz var. Rəqib məşqçinin fikirlərini şərh etməyəcəm, ona fikir vermirəm”.