“Qəbələ”nin futbolçusu intizamsız davranışı səbəbindən komandadan qovulub.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, söhbət Mehrac Baxşalıdan gedir Baş məşqçi Kaxaber Tsxadadze oyunçu barədə belə bir qərar verib.
Buna səbəb Baxşalının intizamsız davranışı olub. Hadisə Azərbaycan I Liqasının III turu çərçivəsində keçirilən “Mingəçevir” görüşündən (2:0) sonra baş verib. Futbolçu “Qəbələ”nin qalib gəldiyi oyun bitər-bitməz soyunub-geyinmə otağına yollanıb. O, komandanın azarkeşlərlə qalibiyyət sevincinə qatılmayıb.
Mehrac həmçinin Tsxadadzenin oyun sonrası paltardəyişmə otağındakı iclasında da iştirak etməyib. Bu səbəbdən də təcrübəli mütəxəssis onu komandadan uzaqlaşdırıb. U-21 millimizin sabiq üzvü həmin matçdan sonra klubun bazasından ayrılıb.
Xatırladaq ki, futbolçunun “Qəbələ” ilə gələn mövsümün sonuna qədər sözləşməsi var.