Ölkə futbolu

Kaxaber Tsxazadxe: “Diqqətli olsaydıq, 6 qol vura bilərdik”

“Uşaqlara təşəkkür edirəm. Yaxşı mübarizə apardılar. Son matçlarda yaxşı oyun nümayiş etdiririk. Təəssüf ki, aşağı liqaya düşürük. Fubolçular öz peşakarlıqlarını göstərib oyunlara yaxşı köklənirlər. Daha çox qol vura bilərdik. Çoxlu qol epizodlarımız oldu. Premyer Liqada qalsaydıq, gələn mövsüm yaxşı yerlər uğrunda mübarizə apara bilərdik. Nə edək? Həyat mübarizədir”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadze “Araz Naxçıvan” görüşü (2:0) barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“Keyfiyyətin aşağı olmasını deməmişəm. Fərdi səhvlərin çox olduğunu bildirmişəm. Bu gün müdafiədə səhvlərə yol vermədik deyə qol buraxmadıq. Amma diqqətli olsaydıq, 6 qol vura bilərdik. Bunun üzərində çox çalışmalıyıq. Əksər matçlarda yaxşı oynamışıq. Ya bəxtimiz gətirməyib ya da ustalıq çatmayıb. “Neftçi” ilə oyunda biz 5 zərbə vurduq, amma fərqlənə bilmədik. Onlar isə 1 zərbədən qol vurdular”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43