Kateqoriyasız

“Kayrat”ı Qazaxıstana aparan təyyarə qəzaya uğradı – FOTO

Qazaxıstanın “Kayrat” komandasını Bakıdan aparan təyyarə qəzaya uğrayıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. “FlyJet” aviaşirkətinə məxsus təyyarə Almatı hava limanında “Renault” markalı avtomobillə toqquşub.

Faktla bağlı Hərəkət təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarının pozulması maddəsi ilə cinayət işi açılıb.

“Kayrat” Konfrans Liqasının qrup mərhələsinin 3-cü turunda dünən “Qarabağ”a uduzub – 1:2.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43