Qəbələ Olimpiya kompleksində peşəkar boks gecəsi keçirilir.
Tədbirə gələnlər arasında Azərbaycan Boks Federasiyasının prezidenti, fövqəladə halla naziri Kəmaləddin Heydərov və “Qəbələ” İdman Klubunun prezidenti Tale Heydərov da var.
Tədbirə olimpiya çempionları Fərdi Mansurov, Elnur Məmmədli və başqa tanınmış idmançılar, idman funksionerləri qatılıb.