Ölkə futbolu

Kəmaləddin Heydərovdan “Qəbələ”yə dəstək

Bu gün Avroliqanın birinci təsnifat  mərhələsi çərçivəsində Bosniya və Hersoqovinanın "Şiroki Briyeq" klubu ilə qarşılaşacaq.

İdmanxeber.com-un Qəbələyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu matçı izləyənlər arasında Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov da olacaq. FHN başqanı tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanan "Qəbələ"yə dəstək olmaq üçün komandanın oyununu stadiondan canlı izləyəcək.

Qeyd edək ki, qarşılaşma saat 20:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43