Türkiyə millisinin futbolçusu Kenan Yıldız “Yuventus” komandasının tarixinə düşüb.
İdmanxeber.az-ın məlumatına görə, oyunçu UEFA Çempionlar Liqası Liqa mərhələsinin VI turu çərçşivəsində keçirilən “Mançester Siti” görüşündə meydana çıxaraq buna nail olub. O, Turin təmsilçisinin heyətində 20 yaşadək 6 görüşə çıxan üçüncü futbolçu olub.
Qeyd edək ki, 19 yaşlı Kənan Yıldız bu mövsüm “Yuventus”un heyətində 21 matçda 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.