Kenan Yıldız “Yuventus”la yeni müqavilə imzalayacaq.
İdmanxeber.az məlumat verir ki, türkiyəli oyunçu “qoca sinyora” ilə yeni sözləşməsi 2028-ci ilin yayına qədər olacaq.
Kenan 2021-ci ilin yayından “Yuventus”da çıxış edir. Bu mövsümdən əsas heyət üzvünə çevrilən 18 yaşlı oyunçu A Seriyasında 22 oyuna çıxıb və 1 qol vurub.