23 Oktyabr 2024
Kateqoriyasız

“Kəpəz” 2 legioner transfer edir

“Kəpəz” Avropa Liqası və Azərbaycan Premyer Liqasının yeni mövsümü üçün transfer çalışmalarını davam etdirir. 

İdmanxeber.com-un məlumatına görə, beş yerli futbolçunun keçidinə nail olan “sarı-göylər” daha iki oyunçunun xidmətində maraqlıdır. Hazırda bu istiqamətdə işlər gedir. Komandaya dəvət olunacaq futbolçular legioner olacaq.

Məşqçilər korpusunun hesabatına əsasən komanda mərkəz yarımmüdafiəçisi və son müdafiəçi mövqeləri üzrə oyunçulara ehtiyac duyur (klub saytı). 



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43