İdman

“Kəpəz” azarkeşləri Qəbələ stadionuna ziyan vurub

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

İdmanxeber.com-un məlumatına görə, yığıncaqda Azərbaycan Premyer Liqasının XXV turunda baş verənlər müzakirə olunub. “Qəbələ” – “Kəpəz” matçında qonaqların azarkeşləri olan sektorda oturacaqlar sındırılıb.. “Kəpəz” stadiona dəymiş ziyanı “Qəbələ”nin təqdim edəcəyi hesaba əsasən ödəməli olacaq.

“Sumqayıt” – “Səbail” oyununun ikinci hissəsində meydan sahiblərinin azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimələnib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43