Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində “Kəpəz” Gəncə şəhər stadionunda “Keşlə”ni qəbul edəcək.
İdmanxeber.com-un məlumatına görə, aşkar autsayder olmasına baxmayaraq hər tur evdə keçirdiyi matçlarda azarkeş sayına görə ilk pillədə yer alan “sarı göylər”, sabah qarşılaşacaqları “Keşlə”ni məğlub edərək, ardıcıl iki oyunda xal qazanmaq niyyətindədi. Əməkdaşımızla söhbətində “Keşlə” oyunu haqda danışan “Kəpəz” fan klubunun rəhbəri Tural Süleymanlı, sevimli komandalarının bu matçda qələbə qazanacaqlarına inandıqlarını söylədi: “Komandamız sabah önəmli oyunlarından birinə çıxacaq. Hazırda çempionatımızda zəif rəqib yoxdu. “Keşlə”də həmçinin. Lakin komandamızın son turlarda əzmkar mübarizəsi ona işarədi ki. qələbə vaxtı yetişib. İnanıram ki, çoxsaylı azarkeş dəstəyi sayəsində “Kəpəz” sabah “Keşlə” ilə arasındakı xal fərqini 3-ə endirəcək. “Kəpəz” azarkeşlərinə qələbə yaraşar”.
Fan klub rəhbəri sevimli komandalarının ev oyunlarının ardıcıl Gəncədə keçirməsinə görə sevindiklərini də gizlətmədi: “Mövsümün əvvəlində bir qədər məyus olduq ki, “Kəpəz” ev oyunlarını Bakıda keçirir. Ancaq məsələyə yaxşı tərəfindən baxdıqda görürük ki, indi də “Kəpəz” hər həftə doğma evində azarkeşləri ilə görüşür. Bildiyiniz kimi, müəyyən səbəblərə görə, “Kəpəz” dünənki məşqini Şəmkir Olimpiya İdman Kompleksinin meydançasında keçdi. Biz yenə komandamızın yanında olduq və futbolçularımıza dəstək olmağı özümüzə borc bildik. İnanırıq ki, klubumuz yaxın gələcəkdə təmsil etdiyi şəhərə qonaq kimi gəlməyəcək və ömürlük burada məskunlaşacaq”,