Ölkə futbolu

“Kəpəz” azarkeşlərinə şad xəbər: ot örtüyü dəyişdiriləcək

“AFFA İcraiyyə Komitəsinin bugünkü iclasında Gəncə stadionunun durumu da müzakirə olundu. Mövsüm bitəndən sona stadiona yeni ot örtüyü salınacaq”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev bu gün jurnalistlərə bildirib.

O bildirib ki, AFFA-nın planlarına əsasən, ən azı 10-12 stadionun yeni, müasir standartlara cavab verən ot örtüyü ilə təmin olunması nəzərdə tutulub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43