İdman

“Kəpəz” Bakı Olimpiya Stadionunu seçdi

Azərbaycan Premyer Liqasının 11-ci turunda Gəncə şəhər stadionunda “Qarabağ”ı qəbul edəcək “Kəpəz” qarşıdakı matçın hazırlıqlarına start verib.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, komanda Bakıda məşq edir. “Sarı-göylər”in bu günə olan məşqi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda olub.

Sabahdan Gəncə klubu çalışmalarını Bakı Olimpiya Stadionunun yardımçı meydançasında keçəcək. “Kəpəz” qarşıdakı 3 günü BOS-da məşq edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43