İdman

“Kəpəz” bəyanat yaydı, “Neftçi”nin yalanlarının üstünü açdı

Topaz Premyer Liqasının XIII turu çərçivəsində keçirilən “Kəpəz” – “Neftçi” oyununda baş verənlərlə bağlı Gəncə klubu bəyanat yayıb.

İdmanxeber.com saytı bəyanatı olduğu kimi sizə təqdim edir:

“Kəpəz” PFK-nın rəhbərliyi bəyan edir ki, oyun zamanı baş verə biləcək hər hansı bir xoşagəlməz hadisənin qarşısını almaq məqsədilə polis tərəfindən qabaqlayıcı tədbirlər görülüb. Belə ki, yerli azarkeşlərə yaxın yerdə oturan qonaq klubun nümayəndələrinə polis əməkdaşları tərəfindən onlar üçün ayrılmış və daha ciddi mühafizə olunan SKY BOX-a və ya digər tribunaya keçmələri tövsiyə olunub.

Bundan başqa oyundan sonra “Neftçi” klubunun futbolçularının yuyunması üçün isti suyun olmaması haqda deyilənlər həqiqətə uyğun deyil.

Qeyd edək ki, hüquq mühafizə orqanları tərəfindən stadionun ərazisində təhlükəsizlik tədbirləri yüksək səviyyədə təmin olunub. Əgər belə olmasaydı, səfər matçı üçün Gəncəyə gələn qonaq azarkeşlərlə “Neftçi” rəsmiləri və futbolçuları arasında yaranacaq qalmaqalın qarşısı vaxtında alına bilməzdi. Məhz polis əməkdaşlarının sayəsində davaya səbəb ola biləcək bütün cəhdlərin qarşısı alınıb.

Onu da bəyan edirik ki, Mehman Allahverdiyev (“Neftçi” tərəfindən kluba göndərilən məktub onun adına ünvanlanıb) bu ilin sentyabr ayının 22-dən etibarən klubun Müşahidə Şurasının qərarı ilə icraçı direktor vəzifəsindən azad olunub və bu post Cabir İbrahimova tapşırılıb.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43