İdman

“Kəpəz” Cənubi Koreya klubu ilə qarşılaşır

Türkiyədə təlim-məşq toplanışında olan “Kəpəz” bu gün ikinci yoxlama görüşünə çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, Gəncə təmsilçisi Cənubi Koreyanın “Tedjon Sitizen” klubu ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə 16:00-da başlayacaq.

 
Qeyd edək ki, “Kəpəz” ilk yoxlama matçında Rumıniyanın  “Vitorul” klubu ilə bərabərə qalıb – 1:1.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43