22 Oktyabr 2024
Kateqoriyasız

“Kəpəz” – “Daçiya” oyununun biletləri satışa çıxarılır

Avropa Liqasının I təsnifat mərhələsində keçiriləcək “Kəpəz” – “Daçiya” (Moldova) oyununun biletləri satışa çıxarılır.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bilet satışı həm Bakıda, həm də Gəncədə təşkil olunacaq.

Azarkeşlər paytaxtda iyunun 27-i saat 14:00-dan 19:00-dək, iyunun 28-i isə saat 12:00-dan 16:00-dək Respublika stadionunun kassasından, saat 17:00-dan sonra “Dalğa Arena”nın kassasından bilet ala bilərlər. Gəncədən bilet almaq istəyənlər üçün satış iyunun 28-i saat 10:00-dan 14:00-dək şəhər stadionunun kassasında olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43