“Qarabağ”la oyundan sonra bir günlük istirahətə buraxılan “Kəpəz” bu gün məşqləri bərpa edib.
İdmanxeber.com-un məlumatına görə, “sarı-göylər” Azərbaycan Premyer Liqasının 14-cü turunda Gəncədə qarşılaşacağı “İnter”lə oyuna hazırlaşır. Komandanın dünənə olan məşqi “Dalğa Arena”da baş tutub. Bu gün futbolçular Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda hazırlıq keçəcək.
Noyabrın 25-də “Kəpəz” Yevlaxa gedəcək. Bir gün orada məşq edəcək komanda ayın 26-da Gəncəyə gələcək. Oyun öncəsi son hazırlıq prosesi isə matçın keçiriləcəyi Gəncə şəhər stadionunda baş tutacaq.