Ölkə futbolu

“Kəpəz” “İnter” üçün hazırlaşır

Azərbaycan kubokunun 1/4 final mərhələsində “İnter” ilə qarşılaşacaq “Kəpəz” qarşıdakı oyunun çalışmalarını davam etdirir.

İdmanxeber.com-un məlumatına görə, komanda matça Bakıda hazırlaşır.  “Sarı-göylər” “Dalğa Arena”nın süni örtüklü meydançasında məşq edir. Kubok görüşü bu cür meydançada keçiriləcəyindən komanda məhz belə örtükdə hazırlıq keçməyə üstünlük verib.

“Kəpəz” paytaxt təmsilçisi ilə qarşılaşma öncəsi son məşqinə dekabrın 12-də oyunun keçiriləcəyi “İnter Arena”da çıxacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43