Ölkə futbolu

“Kəpəz” “İnter” üçün hazırlığa başladı

“Kəpəz” Azərbaycan kubokunun ¼ final mərhələsinin cavab oyunu çərçivəsində Gəncədə qəbul edəcəyi “İnter”lə qarşılaşmaya hazırlaşır.

İdmanxeber.com-un məlumatına görə, “Qəbələ” ilə çempionat matçından sonra bir gün istirahət edən komanda üzvləri Bakıda hazırlığa başlayıb. “Sarı-göylər” Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydanında məşqə çıxıblar.

“Kəpəz” sabah Gəncəyə qayıdacaq. Komanda kubok görüşü öncəsi sonuncu məşqinə oyunun keçiriləcəyi Gəncə şəhər stadionunda çıxacaq. Hazırlıq prosesi saat 16:00-a təyin olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43