Noyabrın 14-də yoxlama oyunu çərçivəsində AZAL-la qarşılaşan “Kəpəz” bir günlük istirahətdən sonra məşqləri bərpa edib.
İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda Azərbaycan Premyer Liqasının XIII turunda qarşılaşacağı “Qarabağ”la oyuna hazırlaşır.
“Sarı-göylər”in bu günkü məşqi “Dalğa Arena”da baş tutub. Hazırlıq planına əsasən “Kəpəz” noyabrın 17, 18 və 19-da məşqlərini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçirəcək.
Ağdam klubu ilə oyunöncəsi sonuncu hazırlıq prosesi isə matçın keçiriləcəyi Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda baş tutacaq.